2023-cü ilin yanvar-sentyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 65,4% artaraq 196,5 milyon avroya çatıb.
Gələn ildən bu avtomobillərin idxalı qadağan ediləcək - QİYMƏTLƏR BAHALAŞACAQ
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Avrostat) bildirir.
Yanvar-sentyabr aylarında əsas ixracatçıların üçlüyünə Almaniya (93,4 milyon avro, artım 48,3%), Slovakiya (51,8 milyon avro, artım 2 dəfə) və İtaliya (20 milyon avro, artım 80,2%) daxil olub.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı 2021-ci illə müqayisədə dəyər ifadəsində 2,6 dəfə artaraq 176,1 milyon avro təşkil edib. (İnterfaks-Azərbaycan)