Almaniyanın "Daimler Truck" şirkəti Rusiyanın "KamAZ" şirkəti ilə bütün əməkdaşlığı dayandırır.
Eləcə də bax: Avtomobil istehsalçıları Rusiyaya tədarükü - DAYANDIRIR
FED.az xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt" qəzeti şirkət nümayəndələrinə istinadən yazır.
"Demək olar ki, 12 illik əməkdaşlıqdan sonra "Daimler Truck" Rusiyanın avtomobil istehsalçısı "KamAz"la bütün əməkdaşlığı dayandırır. Ukraynadakı müharibə nəticəsində "Daimler KamAz Rus" birgə müəssisəsi bir dənə də olsun yük maşını istehsal etməyəcək və "KamAZ" üçün komponentlər göndərməyəcək", - "Daimler Truck"dan qəzetə bildirilib. (Apa)