Bir sıra avtomobil istehsalçısı Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyaya yeni avtomobillərin tədarükünü dayandırıb.
Eləcə də bax: Aİ Rusiyaya qarşı bir sıra sərt sanksiyalar - TƏTBİQ EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə "Vedomosti" yazır.
Məlumata görə, "Audi" və "General Motors" tərəfindən fevralın 24-dən Rusiyaya avtomobillərin tədarükünü qeyri-müəyyən müddətə dayandırılıb. Yaxın vaxtlarda "Skoda", "Porsche" və "Volkswagen Commercial Vehicles" brendlərinin sahibi olan "Volkswagen" konserni də analoji qərar qəbul etməlidir.
"Autoreview" yazır ki, yeni avtomobillərin Rusiyaya ixracı "Jaguar Land Rover" konserni tərəfindən də dayandırılıb.
Xatırladaq ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatın başladığını elan edib. Bununla bağlı bir sıra ölkə Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalar tətbiq edib.