2019-cu ildə Zaqatala rayonunda sənaye sahəsi üzrə məhsul buraxılışı əvvəlki illə müqayisədə 24,1 faiz artaraq 121 milyon 472 min manat təşkil edib.
Eləcə də bax: Zaqatalada fındığının qiyməti - XAÇMAZI KEÇİB
Rayonda istehsal olunan fındıq, tütün, qızılgül və digər kənd təsərrüfatı məhsullarının ixrac edilməsi nəticəsində ölkəyə 67,3 milyon ABŞ dolları və ya 114,5 milyon manat vəsait daxil olub. Bu, əvvəlki illə müqayisədə 26,8 faiz çoxdur. İxrac olunan məhsullardan daxil olan vəsaitin 87,9 faizi və ya 100,6 milyon manatı fındıq və fındıq məhsullarının satışının payına düşür.
Eləcə də bax: "Bəs, sahibkar özü niyə gedib əkmir?" - İLHAM ƏLİYEV
FED.az xəbər verir ki, bu barədə fevralın 19-da Zaqatalada 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə məlumat verilib.
Keçən il rayonun fındıq bağlarından 15 min 344 ton məhsul tədarük edilib. Hesabat ilində rayonda 676,4 hektar sahədə yeni fındıq bağları salınıb. Ümumiyyətlə, son 4 ildə rayonda fındıq bağlarının sahəsi iki dəfədən çox artırılaraq 20 min 181,4 hektara çatdırılıb. 2019-cu ildə “Aqrarco” MMC Zaqatalanın Aşağı Tala kəndi ərazisində yeni fındıq emalı zavodunun tikintisinə başlayıb.
Eləcə də bax: Azərbaycandan Avropaya fındıq aparan - 10 AVTOMOBİL GERİ QAYTARILIB