Azərbaycanda Zaqatalada tədarük edidən fındığın qiyməti Xaçmazdakı qiymətləri üstələyib.
FED.az sektordakı mənbələrə istinadən xəbər verir ki, hazırda Zaqataladakı fabriklər tərəfindən alınan fındığın qiyməti maksimum 10,70 AZN/kq-a qədər hesablanır. Xaçmazda isə ən maksimum bölgü qiyməti 10.60 AZN/kq-dır. Başqa sözlə, Zaqataldakı qiymətlər 3 həftədə sürətlə artaraq Xaçmazla arada olan fərqi qapadıb.
Eləcə də bax: Qoz-fındıq festivalı üçün - 25 MİN MANAT
Regionun əsas fındıq istehlakçısı sayılan Türkiyə bazarında isə qiymətlərin sürətlə yüksəlməsi yavaşıyıb və bazarda durğunluq yaranıb. Türkiyəli fındıq sektoru mütəxəssislərinin fikrinə görə, qiymətlərin yüksək qalması üçün fındığın bazara birdən-birə toplu şəkildə yox, mərhələli şəkildə çıxarılması lazımdır.