Azərbaycan malik olduğu təbii ehtiyatlardan istifadə etməklə iqtisadiyyatını şaxələndirməyə çalışır və bu baxımdan kənd təsərrüfatının inkişafı prioritet məsələdir.
Yeni kənd təsərrüfatı naziri kimdir? – DETALLAR
FED.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümümdunya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə Bakıda keçirilən tədbirdə bildirib.
Nazir qeyd edib ki, Azərbaycan sürətli iqtisadi inkişafına görə regionun lider ölkəsidir və ilk növbədə kənd təsərrüfatının inkişafına diqqət yetirir: “Biz aqro-ərzaq sistemlərimizin davamlı transformasiyasına nail olmaq üçün böyük səylər göstəririk. Yaşıl bərpa, rəqəmsallaşma və innovativ həllər davamlı milli aqro-ərzaq sisteminin qurulması üçün gündəliyimizdəki əsas prinsiplərdir”.
“Heyvanların yetişdirilməsi, o cümlədən sağlamlığın qorunması gündəmimizdə prioritet olaraq qalır. Dövlət damazlıq məqsədləri üçün xaricdən gətirilən heyvanların ümumi dəyərinin 60 %-ni subsidiyalaşdırır. Həmçinin, Süni Mayalanma Mərkəzimizdə bu yaxınlarda icrasına başlanılmış embrion transferi layihəsi heyvandarlığın inkişafı məqsədi daşıyır”, - nazir əlavə edib.
Heyvanların peyvəndlənməsindən bəhs edən M.Məmmədov illik tədbirlər planına uyğun olaraq ölkədə zoonoz xəstəliklərin qarşısının alınması, sağlamlığın qorunması məqsədilə heyvanların peyvənd olunduğunu qeyd edib.
“Təbii ki, düzgün qurulmuş baytarlıq xidmətləri olmadan rifaha nail olmaq mümkün deyil. Bu baxımdan, hökumətin son islahatına əsasən, Azərbaycanda baytarlıq xidmətləri özəlləşdirilib və bu proses özəl müqavilələr əsasında təşkil olunub. Bundan əlavə, dövlət dəstəyi çərçivəsində sərmayələrimizin əsas hissəsi fermerləri müasir və innovativ əkinçilik texnologiyalarından istifadə etməyə həvəsləndirməyə yönəlib”,- deyə nazir əlavə edib.
Onun sözlərinə görə, bu baxımdan insanların, heyvanların və ətraf mühitin sağlamlığının qorunması üzrə tədbirləri birləşdirən “Vahid Sağlamlıq” təşəbbüsünün həyata keçirilməsi çox vacibdir. (Report)