Xaçmazda fındıq yığımı tam başa çatıb. Təsərrüfatçılar bu il rayon bağlarından 8 min 462 ton məhsul əldə ediblər.
Azərbaycanın meşə fındığı ixracından gəlirləri 11%-dək artıb
FED.az xəbər verir ki, əksər təsərrüfatçılar məhsulu daha münasib qiymətə satmaq üçün anbarlarda saxlayırlar. Məhsul əsasən payız-qış aylarında yerli bazarlarda satılır. Bununla yanaşı, rayonda 10-dan çox fındıq qəbulu məntəqəsi və fındıq emalı müəssisələri məhsulu fermerlərdən sərfəli qiymətə alırlar.
Hazırda Xaçmazda fındığın bir kiloqramı 4 manat 50 qəpiyə satılır. Təsərrüfatçılar qiymətin ötən illə müqayisədə daha sərfəli olduğunu bildirirlər. Ötən il bu vaxtı fındıq 3,5 manata alınırdı.
Xaçmaz rayonundakı fındıq bağlarının ümumi sahəsi 11 min 730 hektardır. Bu bağların 9 min 953 hektarı barverəndir. (Azərtac)