Yanvar-sentyabr aylarında 80 milyon 842,41 min dollar dəyərində 16 min 190,98 ton meşə fındığı ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 7 milyon 837,96 min dollar (10,7%), miqdar ifadəsi ilə 2 699,29 ton (20%) artıb.
Keçən ilin yanvar-sentyabr aylarında xaricə 73 milyon 4,45 min ABŞ dolları dəyərində 13 min 491,69 ton meşə fındığı ixrac edilmişdi.
Beləliklə bir ton fındığın ixrac qiyməti bu il 4 993 dollar, ötən ilin müvafiq dövründə 5 411 dollar təşkil edib. Bu göstərici son bir ildə 418 dollar, başqa sözlə 7,7% azalıb.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında meşə-fındığının ümumi ixracda xüsusi çəkisi 0.31%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3.32%-ə bərabər olub.
Keçən ilin yanvar-sentyabr aylarında meşə-fındığının ümumi ixracda xüsusi çəkisi 0.25%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3,45%-ə bərabər olub.