Bu gün fermerlərin əsas problemlərindən biri bazara birbaşa çıxışının olmamasıdır. Əvəzində isə iş adamları onların yetişdirdiyi məhsulu alıb istehlakçılara daha baha qiymətə təklif edirlər. Nəticədə fermerin satdığı qiymətlə piştaxtadakı qiymət arasında xeyli fərq yaranır.
Aqrar sektora əlavə güzəştlər verilib - VİDEO
Bəs bunun üçün hansı addımlar atılmalıdır?
FED.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov məsələnin həllini ənənəvi bazarlardan əlavə xüsusi bazarların yaradılmasında görür.
Onun fikrincə, bazara çıxış imkanlarının artması həm fermerlərin gəlirlərinin artmasına, həm də istehlakçıların xərclərinin azalmasına şərait yaradacaq.
Vüqar Bayramov xüsusilə paytaxtın fərqli yerlərində fermer bazarlarının yaradılmasını vacib hesab edir. (Xəzərxəbər)