Azərbaycandan olan investor Stavropol diyarında “Vostochnıy” istixana kənd təsərrüfatı kompleksinin tikintisinə 5,6 milyard rubl sərmayə qoyacaq.
Ötən il Azərbaycan "parnik"lərində 270 min tona yaxın pomidor yetişdirilib
Azərbaycanın xaricə satdığı pomidor 20% bahalaşıb - YENİ QİYMƏT
FED.az xəbər verir ki, bu barədə regionun iqtisadi inkişaf naziri Denis Polyubin bildirib.
Nazir bildirib ki, vilayətin Levokumski rayonunda "Vostochnıy" kənd təsərrüfatı kompleksinin tikintisinə qoyulan investisiyaların həcmi 5 milyard 660 milyon rublu ötür. «Layihə həyata keçirilir, o cümlədən investor artıq lazımi avadanlıq alıb. İstismara verilməsi 2024-cü ilin sonuna qədər planlaşdırılır"-deyə bildirilib. Söhbət 5,6 milyard rubl yatırımdan gedir, indiki məzənnəni nəzərə alanda bu təqribən 56 milyon dollar deməkdir.
Azərbaycanlı iş adamının yaratdığı istixana kompleksinin sahəsi 22 hektara yaxın olacaq. "İstixana kompleksi regionun ən böyüklərindən biri olacaq. Kompleksdə pomidor və xiyar yetişdirilməsi planlaşdırılır", - Polyubin izah edib.
Qeyd edək ki, Stavropol vilayəti son illər Rusiyada ən çox istixana salınan ərazilərdəndir. Bir qədər əvvəl Stavropol hökuməti bildirmişdi ki, bölgədə ümumi sahəsi təxminən 336 hektar olan 12 istixana kompleksi fəaliyyət göstərir. 2023-cü ilin sonunda bu komplekslərdə 113 min ton tərəvəz, yəni pomidor, xiyar, salat və badımcan istehsal edilib.