2024-cü ilin yanvar ayında Azərbaycandan xarici ölkələrə 16 milyon 600 min dollar dəyərində 11 min 839 ton pomidor ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 6 milyon 55 min dollar (57,4%), miqdar ifadəsi ilə 2 813 ton (31,2%) artıb.
2023-ci ilin yanvar ayında xaricə 10 milyon 545 min ABŞ dolları dəyərində 9 min 26 ton pomidor ixrac edilmişdi.
Beləliklə bir ton pomidorun ixrac qiyməti bu il 1 402 dollar, ötən ilin müvafiq dövründə 1 168 dollar təşkil edib. Bu göstərici son bir ildə 234 dollar, başqa sözlə 20% artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında pomidorun ümumi ixracda xüsusi çəkisi 0.90%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 7,48%-ə bərabər olub.
2023-cü ilin yanvar ayında pomidorun ümumi ixracda xüsusi çəkisi 0,56%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3,71%-ə bərabər olub.