Baramaçılıqda yem bazasının gücləndirilməsi məqsədilə yerli şəraitə uyğunlaşmış tut (çəkil) tinglərinin istehsalı davam edir.
Azərbaycan Rusiya, Gürcüstan və Qırğızıstana ting ixracına - BAŞLAYIR
FED.az xəbər verir ki, kompleks tədbirlər çərçivəsində bu il 1 milyona yaxın yerli tut tingi istehsal olunaraq əkin üçün hazırlanıb. Tinglərin baramaçılıq rayonlarının ərazisində, kümçülük təsərrüfatlarında və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış meşə zolaqlarında əkini nəzərə tutulur.
Çəkil bağlarının salınmasında xüsusi aqrotexniki qaydalara riayət olunmasının vacibliyini vurğulayan şöbə müdiri bu məqsədlə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitututunun əməkdaşları tərəfindən yerlərdə təlimlərın keçirildiyini, tinglərin əkini və onlara qulluq qaydaları haqqında məlumatlandırma işlərinin aparıldığını bildirib.
Tədbirdə çıxış edən institutun əməkdaşları çəkil bağlarının salınması zamanı tətbiq olunan normativlər, tinglərə mövsümi qulluq qaydaları barədə iştirqakçıları məlumatlandırıblar.
Daha sonra tədbir iştirakçıları tərəfindən Bərdə rayonunun Zümürxan kəndində tinglik sahələrinə baxış keçirilib, yetişdirilmiş tinglərin mexanikləşdirilmiş qaydada torpaqdan çıxarılması, qablaşdırılması, ting əkiləcək sahələrdə əkinqabağı hazırlıq işlərinin aparılması, cərgələrin hazırlanması, tut tinglərinin basdırılması və budanması qaydaları fermerlərə əyani şəkildə nümayiş olunub.
Qeyd edək ki, 40-dək rayonda yerli şəraitdə istehsal olunmuş tinglər əsasında çəkil bağlarının salınması prosesi ilin sonuna kimi yekunlaşacaq.