Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov sentyabrın 26-da İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.
Aqrar Sığorta Fondu fermerlərə dəyən zərəri ödəməyə başlayacaq – Qazaxda görüş keçirildi - FOTOLAR
Bu barədə FED.az-a Fonddan bildirilib.
Məlumata görə, saat 10:00-da keçirilən qəbul zamanı vətəndaşların Aqrar Sığorta Fondunun səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin (1652) və Aqrar Sığorta Fondunun (1651) “Çağrı Mərkəzləri”nə, eyni zamanda İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-769-30-30) zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.