«Apple» şirkətinin bir neçə gün əvvəl təqdim etdiyi və əvvəlki modellərdən bir sıra ciddi fərqləri olan «iPhone11» smartfonlarının Azərbaycanda satış qiymətləri açıqlanıb.
FED.az xəbər verir ki, telefonların internetdlə satışını həyata keçirən yerl şirkətlərdən biri «iPhone11»ların kreditsiz satış qiymətini elan edib.
Açıqlanan qiymətlərə görə, ən əlçatan variant «iPhone 11 64gb», ən bahalı variant isə « iPhone 11 Pro Max 512gb»dir.
Şirkətdən bildiriir ki, qiymətlərin bel yüksək olması telefonun yenicə buraxılması ilə əlaqədardır və adətən belə yüksək qiymətlər 1 ay davam edir. Digər tərəfdən yaşıl rəng «iPhone 11»lər digərlərindən daha bahalıdır.
Beləliklə, qiymətlər belədir:
iPhone 11 64gb - 1349$ (2 293 AZN)
iPhone 11 128gb - 1499$ (2 548 AZN)
iPhone 11 256gb - 1599$ (2 718 AZN)
iPhone 11 Pro 64gb - 1899$ (3 228 AZN)
iPhone 11 Pro 256gb - 2099$ (3 568 AZN)
iPhone 11 Pro 512gb - 2299$ (3 908 AZN)
iPhone 11 Pro Max 64gb - 2099$ (3 568 AZN)
iPhone 11 Pro Max 256gb - 2499$ (4 248 AZN)
iPhone 11 Pro Max 512gb - 2799$ (4 758 AZN)
Xatırladaq ki, «Apple» şirkəti özü qiymətləri belə açıqlamışdı: $749 (1274 AZN) vә $1249 (2124 AZN) idi.