Türkiyədə xaricilərin 250 min dollarlıq əmlak alması müqabilində onlara vətəndaşlaqı verilməsi qaydasının yeni təfərrüatları məlum olub.
FED.az XARİCDƏ ƏMLAK xəbər verir ki, bu qaydaya əsasən, həmin əmlakın satışı ilə bağlı müddət tələbi də qoyulacaq. Bu gün Türkiyənin rəsmi mətbuatında çıxan xəbərə əsasən, Türkiyə Vətəndaşlığı Qanununa dəyişikliklər göstərilib.Dəyişikliyə görə, xaricilərin vətəndaşlıq almaq üçün əldə etdikləri əmlakları yalnız 3 ildən sonra satmaq mümkün olacaq.
Bununla bağlı qeyd əmlakın qeydiyyat sənədi, yəni Tapu-ıunda da göstəriləcək. Əmlakın yeni sahibi bu əmlakı qarşıdakı 3 il ərzində satmayacağı barədə öhdəlik götürəcək. Bundan sonra həmin şəxsə vətəndaşlıq verilməsi ilə bağlı problem qalmır.
ELƏCƏ DƏ BAX: Alaçatıda (İzmir) otel - 800 MİN AVRO
Türkiyədə vətəndaşlıq üçün əmlak alanlara – SÜRPRİZ TƏLƏB
15:01
7 Dek 2018