İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-iyul ayları ərzində 31 hərrac keçirilib. Hərraclarda 8 səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi, 2 yarımçıq tikili sahəsi və 303 nəqliyyat vasitəsi özəlləşdirilib.
Dövlət əmlakının icarəsindən büdcəyə 19.3 milyon manat - VƏSAİT ÖDƏNİLİB
Dövlət Xidmətindən FED.az-a bildirilib ki, bu ilin 7 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 167 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 35 onlayn qoşulma reallaşıb. 2023-cü ilin yanvar-iyul ayları ərzində hərrac vasitəsilə 28 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.
Cari ilin yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 69 milyon manat təşkil edib. Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb.