Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dekabrın 13-də keçirilən hərracda gəmi, avtomobil və avadanlıq olmaqla 27 dövlət əmlakı satılıb.
FED.az xəbər verir ki, hərraca çıxarılan ümumilikdə 27 əmlaka 291 sifariş qəbul olunub.
Ötən hərraclarda olduğu kimi, bu dəfə də avtomobillərin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib. Belə ki, ilkin satış qiyməti 7.000 manat olan “BMW 535İ” markalı avtomobilə edilən ən son təklif 3 dəfəyə yaxın artaraq 20.200 manat olub.
Bundan başqa, “Mercedes Benz Sprinter” markalı mikroavtobusun ilkin start qiyməti 10.000 manat olsa da, nəqliyyat vasitəsi 25.700 manata satılıb.
2500 manatlıq UAZ avtomobili 5600 manata, 500 manata satılacağı güman edilən QAZ yük avtomobili isə 4 min manata satılıb.
Hərraca 600 manat ilkin qiymətlə çıxarılan 1996-cı ilin «Niva»sı isə 4-5 dəfə bahalaşaraq 2750 manata satılıb.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin istehsal tarixi 1985-ci il olan "Şəfəq" gəmisi isə 70.000 manata özəlləşdirilib.
Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 207.300 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
Məlumat üçün: Bu ay üzrə növbəti hərraclar 20 və 27 dekabr tarixlərində keçiriləcək və hərraclara 25 kiçik dövlət müəssisəsi və obyekti, 10 nəqliyyat vasitəsi çıxarılacaq.
Bakı şəhəri üzrə 13 dekabr 2022-ci il tarixində keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin və avadanlıqların siyahısı
№ |
Balanssaxlayıcı müəssisənin adı |
Avtonəqliyyat vasitələrinin markası |
Buraxılış ili |
Hərraca çıxarılan ilkin satış qiyməti (manat) |
Hərracda yekun satış qiyməti (manat) |
Protokol №-si və tarixi |
1 |
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC |
"Şəfəq" neft məhsullarının, çirkab, döşəməaltı suların və zibillərin qəbulu gəmisi |
1985 |
70000 |
70000 |
33/22 05.11.2022 |
2 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
UAZ-31514-012 minik |
2004 |
2500 |
5600 |
33/22 05.11.2022 |
3 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
VAZ-21214 minik |
2006 |
2000 |
2000 |
33/22 05.11.2022 |
4 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
VAZ-21063 minik |
1991 |
1000 |
1000 |
33/22 05.11.2022 |
5 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
QAZ-330900 YÜK |
2005 |
500 |
4050 |
33/22 05.11.2022 |
6 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
SC150 ZH Motosklet |
2011 |
200 |
350 |
33/22 05.11.2022 |
7 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
VAZ-21213 minik |
1996 |
600 |
2750 |
33/22 05.11.2022 |
8 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
UAZ-3303-01 yük |
1985 |
1350 |
2600 |
33/22 05.11.2022 |
9 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
FAW minik |
2013 |
1000 |
1000 |
33/22 05.11.2022 |
10 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
NISSAN MAXIMA minik |
2003 |
1000 |
1250 |
33/22 05.11.2022 |
11 |
Azərbaycan Tibb Universiteti |
QAZ 310200 minik |
1999 |
2000 |
3100 |
33/22 05.11.2022 |
12 |
Azərbaycan Tibb Universiteti |
NISSAN MAXIMA minik |
2000 |
2500 |
2575 |
33/22 05.11.2022 |
13 |
Azərbaycan Tibb Universiteti |
NISSAN MAXIMA minik |
2006 |
5000 |
5000 |
33/22 05.11.2022 |
14 |
Azərbaycan Tibb Universiteti |
VAZ 21074 minik |
2006 |
3000 |
3950 |
33/22 05.11.2022 |
15 |
Azərbaycan Tibb Universiteti |
VAZ 21074 minik |
2000 |
1250 |
3000 |
33/22 05.11.2022 |
16 |
Azərbaycan Tibb Universiteti |
VAZ 21060 minik |
2001 |
2000 |
4000 |
33/22 05.11.2022 |
17 |
Azərbaycan Tibb Universiteti |
VAZ 2106 minik |
1996 |
1250 |
2700 |
33/22 05.11.2022 |
18 |
Azərbaycan Tibb Universiteti |
VAZ 21060 minik |
2000 |
2200 |
4500 |
33/22 05.11.2022 |
19 |
Azərbaycan Tibb Universiteti |
QAZ 3302-18 yük |
2006 |
6000 |
8920 |
33/22 05.11.2022 |
20 |
"Bakı Metropoliteni" QSC |
110 ədəd buraxılış məntəqəsinə aid avadanlıqlar (qutular) |
|
800 |
2540 |
33/22 05.11.2022 |
21 |
"Azəristiliktəchizat" ASC |
QAZ 66-11 ş-də LS-6 xüsusi |
1995 |
700 |
6000 |
33/22 05.11.2022 |
22 |
"Azərenerji"ASC "Cənub Elektrik Stansiyası"MMC |
HYUNDAI SONATA MİNİK |
2010 |
7500 |
7500 |
33/22 05.11.2022 |
23 |
Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı |
BMW 535İ MİNİK |
2012 |
7000 |
20200 |
33/22 05.11.2022 |
24 |
Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı |
HYUNDAI IX-35" MİNİK |
2011 |
8500 |
8500 |
33/22 05.11.2022 |
25 |
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi |
Mersedes Bens Sprinter-315CDI m/avtobus |
2008 |
10000 |
25700 |
33/22 05.11.2022 |
26 |
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi |
QAZ 31105-121 Minik |
2004 |
1000 |
2500 |
33/22 05.11.2022 |
27 |
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi |
Traktor "Belarus" MİR-351 süpürən MTZ-82.1 |
2010 |
1500 |
6015 |
33/22 05.11.2022 |