Gürcüstan hökuməti Kutaisidə yerləşən keçmiş parlament binasını satışa çıxarmaq niyyətindədir.
FED.az xəbər verir ki, iqtisadiyyat və dayanıqlı inkişaf nazirliyi hazırda fəaliyyətsiz qalmış binanı özəlləşdirməyə çıxaracağın elan edib.
Eləcə də bax: Tbilisidə məşhur - BİNA SATIŞA ÇIXARILIR
Qeyd edək ki, Gürcüstan parlamentinin keçmiş binası «Milli Hərəkat» hökumətnin təşəbbüsü ilə 2010-2012-ci illərdə tikilib və gürcü parlamenti oraya köçürülmüşdü. Tikintiyə 340 milyon lari xərclənmişdi.
Bu ilin yanvarından parlament yenidən Tbilisiyə qaytarılıb və bina istifadəsiz qalıb.