2023-cü ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 95,5 milyon manat daxil olub, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 78% artım müşahidə olunub.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial şəbəkə hesablarında paylaşım edib.