Türkiyə azərbaycanlıların turist kimi üz tutduğu xarici ölkələr sırasında öndə gəlir.
FED.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2018-ci ildə bu ölkəyə 858,5 min azərbaycanlı səfər edib. Bu isə 2017-ci illə müqayisədə 12,15 faiz çoxdur.
Eləcə də bax: Telman İsmayılovun otelinə müştəri çıxıb
2019-cu ilin yanvar-iyul ayları ərzində isə Azərbaycandan Türkiyəyə 351539 nəfər səfər edib.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 280 nəfər, yaxud 0,08 faiz artım deməkdir.
Azərbaycanlılar eyni zamanda Türkiyədə daşınmaz əmlakın alınması üzrə statistikada da ön sıradadır.
Türkiyənin Statistika İdarəsinin məlumatına görə, 2019-cu ilin iyulunda azərbaycanlılar bu ölkədə 92 mənzil alıb. Bu isə ötən ilin iyul ayı ilə müqayisədə 26 faiz artım deməkdir.
Ümumilikdə isə azərbaycanlılar yanvar-iyul ayları ərzində Türkiyədə 623 mənzil alıb.
Soydaşlarımız Türkiyədə əmlak almaqla yanaşı, onları bəzən satışa da çıxarır.
Elan saytlarında aparılan müşahidələrə əsasən demək olar ki, mənzillərin qiymətləri "əl yandırır".
Məsələn, İstanbulda 600 kvadratmetr sahəsi olan villa 4 milyon 182 min manata satışdadır.
İstanbulda 270 kvadratmerlik digər villa isə alıcılara 4 milyon 300 min dollara təklif olunur.
Azərbaycanlılardan biri Trabzonda 950 kvadratmetrlik sahəyə malik olan lüks villasını nə az, nə çox, düz 17 milyon manata (10 milyon dollara) satışa çıxarıb.
Oxu.az