Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner

Əmlak

  1. Ana səhifə
  2. Əmlak
  1. Əmlak

Avropada evi ipoteka krediti ilə almaq olar – ŞƏRTLƏR

Avropada evi ipoteka krediti ilə almaq olar – ŞƏRTLƏR | FED.az
10:01 7 Yan 2019

Xaricdə, xüsusilə də Avropada əmlak alıcılarının sayı artdıqca, bunu ipoteka krediti ilə etmək istəyənlər də çoxalır. Bəs hansı Avropa ölkəsində əmlakı ipoteka kredit ilə almaq olar, xaricilərə ipoteka kreditləri hansı şərtlərlə verilir? FED.az xəbər verir ki, "Daşınmaz Əmlak" jurnalı bu dəfə xaricdə əmlakın ipoteka krediti ilə alınması imkanını araşdırıb.

 

Avstriya

Avstriyada ipoteka krediti ilə təkcə mənzil və evi deyil, istənilən əmlakı almaq olar, amma bunun üçün müştəri Avropa Birliyində gəlirinin olduğunu, eləcə də alacağı əmlakın yarısı qədər sərvətinin olmasını isbatlamalıdır. Bu tələblərə cavab verən müştərilər ipoteka kreditini avro ilə illik 3-5%-lə, ilkin ödəniş 20%-dən başlamaqla götürə bilərlər. Kreditin müddəti kommersiya obyekti üçün 10-15 il, mənzil və evlər üçün 20 ilədək təşkil edir. 


Eləcə də bax: Taksimdə lüks kompleksdə mənzillər, İstanbul - QİYMƏT

 

Bolqarıstan

Bolqarıstanda ipoteka krediti götürmək Avstriyadakı kimi çətin deyil, xaricilər burada illik 7,5% və ilkin ödəniş 30%-lə, avroda və ya yerli valyutada – levdə kredit götürə bilərlər. Yerli sakin zamin dayansa xarici vətəndaşa krediti illik 3-4%-lə də ayrırlar. Yeganə tələb odur ki, müştərinin Bolqarıstandakı bankda hesabı və bu hesabda 1 illik ödəmə həcmi qədər depoziti olmalıdır. Kredit müddəti 20 ildir.

 

Almaniya

Almaniyada xaricilər rahatlıqla ipoteka krediti götürə bilərlər, şərtlər də əladır: avroda, illik faiz dərəcəsi 2,3-3,5%, ilin ödəniş 30%, müddət 5-30 il. Amma bunun üçün müştəri və obyekt bəzi tələblərə cavab verməlidir. Əvvəla 30% ilkin ödəniş və sabit gəlir mənbəyi, digər tərəfdən obyektin qiyməti 100 min avrodan az olduqda onu almaq çətinləşir. Yaşayış olmayan evləri və çətin satılan əmlakları da ipoteka ilə almaq çətindir. Kredit müraciətinə 1-2 aya baxılıb cavab verilir, üstəlik banklar müştərinin ödəmə qabiliyyətini yoxlamaq üçün əlavə sənədlər də tələb edə bilərlər. Bankar ən rahat 300 min avro və daha yüksək məbləğli kreditləri verirlər.

Eləcə də bax: Özbəkistan 109 ölkənin vətəndaşına yaşamaq hüququ verəcək - ŞƏRTLƏR

 

Yunanıstan

Yunanıstan vaxtilə ipoteka kreditlərinin ən yaxşı verildiyi ölkə idi, formal olaraq həmin şərtlər indi də qüvvədədir: avro ilə illik 5,6%, ilkin ödəniş 40%, müddət 15 il. Banklar belə kredit ayıracaqları müştəridən illik 30 min avroluq gəlir sənədi tələb edir, üstəlik, 50 min avroyadək evlərə kredit ayırmırdılar. Amma indi bu proqram müvəqqəti dayanıb. Nə vaxt bərpa olunacağı bilinmir. Amma bu ölkədə 250 min avroduq əmlakla həm də yaşayış izni əldə etmək olar.

 

İtaliya

Formal olaraq İtaliyada xaricilər üçün ipoteka krediti var: avro ilə, illik 3-5%, ilkin ödəniş 40-50% olmaq şərtilə 20 illik müddətə. Amma bu yalnız kağız üzərindədir – İtaliya bankları Avropadan kənar ölkələrin vətəndaşlarının kredit müraciətlərinin 95%-nə imtina verirlər. Əsas problem ödəniş qabiliyyətidir – krediti o müştərilər ala bilir ki, Avropa İttifaqında gəliri var və bunu sübut edə bilir.

 

Kipr

Xaricilərin sevimli əmlak bazarı olan Kirdə bunun üçün hər şərait yaradılıb. Qeyri-rezidentlər bu ölkədə avro ilə, illik 4-4,5%-lə, 10 illiyə və 40% ilkin ödənişlə ipoteka krediti ala bilərlər. Əsas tələb ödəniş qabiliyyətini sübut etməkdir, üstəlik banklarmüştəridən kredit tarixçəsini də tələb edirlər. Adətən kredit məbləğləri 150-250 min avro arasında olur. Bankların tələblərinə cavab verməyən müştərilərin çıxış yolu var – onlar əmlakı tikinti şirkətin özündən, necə deyərlər, daxili kreditlə ala bilirlər.

 

Latviya

 

Avropada ən ucuz əmlakı Baltikyanı ölkələrdə tapmaq olar. Amma burada ipoteka kreditinə tələblər də sərtdir. Formal olaraq xaricilər avro ilə, illik 4,5-6%-lə, 30% ilkin ödənişlə, 5-20 illik kredit götürə bilərlər. Amma Latviya bankları müştərini diqqətlə, hətta xırdaçılıqla yoxlayırlar. Məsələn, müştərinin təkcə gəlirləri deyil, xərcləri də nəzərə alınır, son iki illik gəlirləri çıxarılır. Gəlirləri  təsdiqləmək üçün isə yalnız xüsusi təsdiqlənmiş sənədlər tələb olunur. Krelit müraciətinin özü də müştəriyə 2 min avroya başa gəlir. Buna baxmayaraq Latviyadakı hər iki xaricidən biri ipoteka götürmək istəyir.

 

Polşa

Başqa ölkələrə baxanda Polşada ipoteka şərtləri yaxşıdır. Burada ipoteka krediti ilə evi 10%-dən başlayan ilkin ödənişlə, illik 4-4,5% dərəcə ilə, 30-35 illiyə götürmək olar. Kredit avro ilə yanaşı, yerli valyuta  - zlotıda, İsveçrə frankında və dollarda verilir. Amma şərtlər fərqlidir. Polşa bankları o müştəriyə ipoteka krediti verirlər ki, onun ölkədə azı bir illik müvəqəti yaşama izni olsun. Bu məsələni əmək müqaviləsi bağlamaqla həll etmək olar – Polşada əmək müqaviləsi ilə cəmi 6 ay işləmək kifayətdir ki, ipoteka kredit müraciətinə baxılsın. Maraqlı detal – Polşada bankla danışıb ipoteka kreditinin faizini azaltmaq olur.

 

Sloveniya

Sloveniya bankları xarici investorlara həvəslə kredit verirlər, elə müştərilər üçün də illik 2-2,5% dərəcə əla stimuldur. İlkin ödəniş 30%, müddət 5-10 ildir. Sloveniyada kommersiya obyektlərini də ipoteka ilə almaq olar, amma onun müddəti - icarə müqaviləsi müddəti + 2 ildir. Faiz dərəcəsinin aşağı olması, kreditlə alınıb icarəyə verilən əmlakın gəlirliyini ildə 6-7%-ə yüksəldir ki, bu da Avropa üçün əla göstəricidir.

 

Xorvatiya

Xorvatiya banklarının əksəriyyəti xarici vətəndaşlara ipoteka krediti vermir. Hazırda xaricilər yalnız Raiffeisen və Erste banklarından  kredit götürə bilərlər, bir şərtlə ki, onların Xorvatiyada yaşayış icazəsi və işi olsun. Burada krediti yerli valyuta olan kuna ilə götürmək mümkündür, şərtlər 4,3% illik, 40% ilkin ödəniş, müddət 3-20 ildir. Krelitin maksimum məbləği 250 min avrodur.

 

Çexiya

Avropanın ən məşhur əmlak bazarlarından biri olan Çexiyada əmlakı cəlbedici edən amillərdən biri sərfəli ipoteka şərtləridir. Burada krediti çex kronunda, illik 3% dərəcə ilə, 40% ilkin ödənişlə götürmək mümkündür. Kreditin müddəti müştərinin 65 yaşına çatmasına qədərdir. Çexiyada yaşayıb işləyən xaricilər krediti 2,5%-lə də götürə bilərlər. Amma müqaviləyə əsasən, bu faiz dərəcəsi 3-4 il qüvvədə olacaq, sonrakı müddətdə isə faizlər dəyişə və bazar həddinə çata bilər. Burada heç də bütün əmlakları ipoteka ilə almaq olmur, banklar likvid obyektlərə, xüsusilə də yeni tikililərə daha həvəslə kredit ayırırlar.

Banner
Banner
  • ipoteka
  • avropa
Paylaş

Digər xəbərlər

Satışa yeni mənzillər çıxarıldı - AYLIQ ÖDƏNİŞ 330 MANATDAN - SİYAHI - VİDEO
Əmlak 3 Fev 2023
Satışa yeni mənzillər çıxarıldı - AYLIQ ÖDƏNİŞ 330 MANATDAN - SİYAHI - VİDEO
Azərbaycanda kirayə üsulu ilə -  Yeni Mənzillər Satışa Çıxarıldı - SİYAHI
Əmlak 3 Fev 2023
Azərbaycanda kirayə üsulu ilə - Yeni Mənzillər Satışa Çıxarıldı - SİYAHI
Ötən il qeydiyyatından imtina olunan evlərin sayı məlum olub - SƏBƏBLƏRİ AÇIQLANDI
Əmlak 31 Yan 2023
Ötən il qeydiyyatından imtina olunan evlərin sayı məlum olub - SƏBƏBLƏRİ AÇIQLANDI
Ötən il Naxçıvanda 7 500-dən çox daşınmaz əmlak obyekti - QEYDİYYATA ALINIB
Əmlak 30 Yan 2023
Ötən il Naxçıvanda 7 500-dən çox daşınmaz əmlak obyekti - QEYDİYYATA ALINIB
Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı, qeydiyyatı ilə bağlı - PROSEDURLAR SADƏLƏŞƏCƏK
Əmlak 27 Yan 2023
Azərbaycanda daşınmaz əmlakın alqı-satqısı, qeydiyyatı ilə bağlı - PROSEDURLAR SADƏLƏŞƏCƏK
Azərbaycanda əmlakın qeydiyyatı ilə bağlı - XƏRCLƏR AZALDILACAQ
Əmlak 27 Yan 2023
Azərbaycanda əmlakın qeydiyyatı ilə bağlı - XƏRCLƏR AZALDILACAQ
Qərbi Azərbaycan İcması Ermənistandan kompensasiya - TƏLƏB EDİR
Əmlak 26 Yan 2023
Qərbi Azərbaycan İcması Ermənistandan kompensasiya - TƏLƏB EDİR
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş fərdi evlərin sənədləşdirilməsi - TƏKLİF OLUNUB
Əmlak 26 Yan 2023
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş fərdi evlərin sənədləşdirilməsi - TƏKLİF OLUNUB
Əcnəbilər Azərbaycanda ən çox hansı ərazilərdən - MÜLK ALIRLAR?
Əmlak 25 Yan 2023
Əcnəbilər Azərbaycanda ən çox hansı ərazilərdən - MÜLK ALIRLAR?
Əmlak bazarında - BAHALAŞMA OLACAQ
Əmlak 24 Yan 2023
Əmlak bazarında - BAHALAŞMA OLACAQ
"Sənədsiz evlərin rəsmi qeydiyyata alınması problemi hələ də tam həllini tapmayıb"
Əmlak 24 Yan 2023
"Sənədsiz evlərin rəsmi qeydiyyata alınması problemi hələ də tam həllini tapmayıb"
Dövlət əmlakının icarəsindən gəlirlər - 55% ARTIQ OLUB
Əmlak 23 Yan 2023
Dövlət əmlakının icarəsindən gəlirlər - 55% ARTIQ OLUB
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Kartlarda olan pullar - VERGİYƏ CƏLB OLUNACAQ?
    18:26 3 Fev 2023
  • Dolların bazar ertəsinə olan məzənnəsi - AÇIQLANDI
    18:19 3 Fev 2023
  • Energetika Nazirliyi "ACWA Power" şirkəti ilə yeni əməkdaşlıq sənədləri - İMZALAYIB
    18:11 3 Fev 2023
  • Azərbaycanda soğan ixracının məhdudlaşdırılmasının səbəbi - AÇIQLANIB
    18:01 3 Fev 2023
  • Bu şəxs “Naxçıvansığorta”nın Müşahidə Şurasının sədri vəzifəsindən də - UZAQLAŞDIRILDI
    17:57 3 Fev 2023
  • "Al Market" - MƏHKƏMƏYƏ VERİLİB
    17:49 3 Fev 2023
  • "Azglobal İnternational" məhkəməyə verildi - SƏBƏB
    17:45 3 Fev 2023
  • “Zaminbank”ın həbsdə olan sabiq rəhbərinin - CƏZASI AZALDILIB
    17:38 3 Fev 2023
  • Gənclər və İdman Nazirliyi – TENDER ELAN ETDİ
    17:33 3 Fev 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 2 NƏFƏR VƏFAT ETDİ
    17:28 3 Fev 2023
  • Bu küçələrin kəsişməsindəki dairəvi hərəkət ləğv edilib - BNA
    17:26 3 Fev 2023
  • AQTA bu market və restoranlarda nöqsanlar aşkarlayıb - SİYAHI
    17:23 3 Fev 2023
  • Dövlət qurumu komperlər, noutbuklar, skanerlər və printerlər alır - TENDER ELANI
    17:16 3 Fev 2023
  • Elektrik mal- materiallarının alınması ilə bağlı - BÖYÜK TENDER ELANI
    17:07 3 Fev 2023
  • Rəşad Əhmədov: "Son on gündə 20 min avtomobil onlayn qaydada sığortalanıb"
    16:58 3 Fev 2023
  • Bu il azad edilmiş hansı ərazilərə sakinlərin geri dönəcəyi - AÇIQLANIB
    16:51 3 Fev 2023
  • Dövlət qurumu mühafizə xidməti ilə bağlı – TENDER KEÇİRİR
    16:48 3 Fev 2023
  • Vüqar Bayramov: “Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir”
    16:44 3 Fev 2023
  • Təsərrüfat mallarının alınması ilə bağlı –TENDER ELANI
    16:42 3 Fev 2023
  • Yandeks” Türkiyədə - OFİS AÇACAQ
    16:39 3 Fev 2023
  • Satışa yeni mənzillər çıxarıldı - AYLIQ ÖDƏNİŞ 330 MANATDAN - SİYAHI - VİDEO
    16:37 3 Fev 2023
  • Dövlət borcuyla əlaqədar büdcənin - TƏRTİB QAYDASI DƏYİŞİB
    16:32 3 Fev 2023
  • Azərbaycanda kirayə üsulu ilə - Yeni Mənzillər Satışa Çıxarıldı - SİYAHI
    16:20 3 Fev 2023
  •  “Nar”ın dəstəyi ilə "Fibonacci Games" oyunlarının finalı keçirilib
    16:15 3 Fev 2023
  • Kənd Təsərrüfatı Nazirliyi - TENDER ELAN ETDİ
    16:12 3 Fev 2023
  • Azərbaycan soğanın ölkə ərazisindən aparılmasını - MƏHDUDLAŞDIRDI
    16:10 3 Fev 2023
  • "AMB uçot dərəcəsinin azaldılmasına ən tez 2024-cü ilin əvvəlində gedəcək"
    16:03 3 Fev 2023
  • Azərbaycana idxal edilən soğan gömrük rüsumundan - AZAD EDİLİB
    15:58 3 Fev 2023
  • “Agro Biz” alqı-satqı məsələsinə görə - MƏHKƏMƏYƏ VERİLDİ
    15:46 3 Fev 2023
  • "Ziraat Bank Azərbaycan" ilə - EV SAHİBİ OLUN!
    15:44 3 Fev 2023
  • İlham Əliyev İranda şəhid olan Əsgərov Orxanı təltif etdi - SƏRƏNCAM
    15:39 3 Fev 2023
  • Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2 şirkətə 2,7 milyonluq sifariş verdi - TENDER NƏTİCƏSİ
    15:32 3 Fev 2023
  • “Sevgililər Günü”ndə kişilərin ürəyincə olacaq – 5 ƏN YAXŞI HƏDİYYƏ İDEYASI
    15:29 3 Fev 2023
  • “Cash by Code” xidməti  - YELO MOBİL TƏTBİQİNDƏ
    15:26 3 Fev 2023
  • “Nort Vest Konstrakşn” şirkətin "Akkor"dun bu şirkətini - MƏHKƏMƏYƏ VERDİ
    15:25 3 Fev 2023
  • SOCAR-ın Bakı Ali Neft Məktəbində Gənclər Günü - QEYD OLUNUB
    15:17 3 Fev 2023
  • " İmport Group of Azerbaijan " podrat məsələsinə görə 2 şirkətlə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    15:15 3 Fev 2023
  • Əmlak Məsələləri Dövlət Xidməti "İnteks" şirkətini - MƏHKƏMƏYƏ VERDİ
    15:10 3 Fev 2023
  • “Wolt”un kuryerləri narkotik daşıyırmışlar - VİDEO
    15:09 3 Fev 2023
  • SOCAR və “Romgaz” arasında Azərbaycandan Rumıniyaya qaz nəqlinə dair - SAZİŞ İMZALANDI
    15:06 3 Fev 2023
  • Neft Fondu yanvarda hərraclarda satdığı valyutanın məbləğini - AÇIQLADI
    15:01 3 Fev 2023
  • "AFB Bank" əmanətlərinin - 10%-li GƏLİR VERGİSİNİ ÖZÜ ÖDƏYƏCƏK
    14:53 3 Fev 2023
  • “Mc Donald"s Azərbaycan" şirkəti - MƏHKƏMƏ VERİLİB - SƏBƏB
    14:47 3 Fev 2023
  • Azərbaycanda audit şirkəti - SƏHM BAZARINA GİRİR
    14:47 3 Fev 2023
  • Analitiklər: “Rusiya xam neftinə tətbiq edilən sanksiyalar uğursuz olub”
    14:40 3 Fev 2023
  • KOBİA 9 şirkətə 2,5 milyonluq sifariş verdi - TENDER NƏTİCƏSİ
    14:37 3 Fev 2023
  • SOCAR və “ACWA Power” şirkəti - SAZİŞ İMZALADI
    14:28 3 Fev 2023
  • "Avandsis Enerji" məhkəməyə verildi - SƏBƏB
    14:21 3 Fev 2023
  • İşğaldan azad edilmiş ərazilərdə İtaliya şirkətlərinin fəaliyyəti - MÜZAKİRƏ EDİLİB
    14:16 3 Fev 2023
  • “Dünyagöz Azərbaycan” pozuntuya görə - MƏHKƏMƏYƏ VERİLDİ
    14:14 3 Fev 2023
  • "Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq"
    14:11 3 Fev 2023
  • Aqrar Tədarük və Təchizat - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:02 3 Fev 2023
  • Tarif Şurasının səlahiyyətləri artırılıb
    13:33 3 Fev 2023
  • İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - ÇIXIŞ EDİB
    13:26 3 Fev 2023
  • "Qarşıdakı illərdə biz milyardlarla kubmetr təbii qaza qənaət edəcəyik”
    13:20 3 Fev 2023
  • Fərdi baytarlıq xidməti ilə məşğul olan şəxslərin - Sosial Öhdəlikləri Azaldılıb
    13:13 3 Fev 2023
  • Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması qaydası hazırlanacaq - FƏRMAN
    13:08 3 Fev 2023
  • Şənbə gününün - HAVA PROQNOZU
    13:04 3 Fev 2023
  • Azərbaycan 2023-cü ildə 24,5 milyard kubmetr qaz - İxrac Etməyi Planlaşdırır
    12:53 3 Fev 2023
  • Türkiyədə illik inflyasiya düşüb - STATİSTİKA
    12:49 3 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!