Cari ilin yanvar-mart aylarında Azərbaycanda qeyri-neft-qaz sektorundan daxilolmalar 3 milyard 226,4 milyon manatdan çox təşkil edib.
FED.az bu barədə Dövlət Vergi Xidmətindən məlumat əldə edib.
Məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 312 milyon manat və ya 10,7 faiz çox olub.
2025-ci ilin yanvar-mart aylarında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 4 milyard 380,6 milyon manata yaxın vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 98,9 milyon manat və ya 2,3 faiz artıb.
Ödənilən vergilərin 73,7 faizi qeyri-neft-qaz sektorunun, 26,3 faizi isə neft-qaz sektorunun payına düşüb.