2021-ci ildə vergi və rüsumlar üzrə gözlənilən güzəşt və azadolmalara dair məlumatlar müəyyən ediləcək.
FED.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə" sərəncamda öz əksini tapıb.
Sərəncama əsasən, Dövlət Gömrük Komitəsi vergi və rüsumlar üzrə 2020-ci ildə tətbiq edilən güzəşt və azadolmalara dair məlumatları “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada və 2021-ci ildə gözlənilən güzəşt və azadolmalara (vergi və gömrük rüsumlarının növləri ayrılıqda göstərilməklə) dair məlumatları 2021-ci il iyunun 1-dək Maliyyə Nazirliyinə təqdim edəcək. (Apa)