Avstriya Maliyyə Nazirliyi vergilərin yığılmasına süni intellekti cəlb etməklə ciddi irəliləyişə nail olub.
FED.az Avstriya mətbuatına istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin tətbiq etdiyi süni intellekt 2023-cü ildə 185 milyon avro əlavə vergi toplamağa imkan verib.
«Kartdan karta göndər» deyən obyektləri - 6 000 MANAT CƏRİMƏ GÖZLƏYİR
Nazirlik açıqlayıb ki, Süni İntellekt ötən il 6,5 milyon vergi işini yenidən yoxlayıb, çoxsaylı səhv məlumat və dələduzluq cəhdləri aşkar edib.
Avstriyada Maliyyə Nazirliyi artıq bir neçə ildir ki, vergilərin yığılmasında süni intellekt cəlb edib və onun vasitəsilə müəyyən gəlirlər əldə edir. Nazirliyin Proqnoz Analitikası Mərkəzi süni intellektin hazırladığı risk modelləri vasitəsilə ötən il 6,5 milyon vergi işini yenidən yoxlayıb, nəticədə 185 milyon avro əlavə verginin büdcəyə alınmasına nail olub.
Nazirlik xəbər verir ki, süni intellktin yoxlaması zamanı işçilərin əmək haqqı ilə bağlı məlumatların düzgün verilməməsi, eləcə də gəlir vergisi, korporativ (mənfəət) vergisi və satışdan vergi ilə bağlı fırıldaqlar ortaya çıxıb.
Bundan başqa, süni intellekt səhvən alınmış güzəşt və yardım, eləcə də saxta şirkətlərlə bağlı 27,5 milyon işə baxıb.
Nazirlik süni intellektin işindən razı qalıb və bəyan edib ki, gələcəkdə vergidən yayınmalar və maliyyə maxinasiyalarına qarşı mübarizədə süni intellektdən istifadə genişləndiriləcək.