Təsərrüfat subyektlərində quraşdırılan və istifadə edilən POS-terminallar bir sıra texniki tələblərə cavab verməlidir.
Eləcə də bax: Baş nazir POS terminallarla bağlı - Qərar İMZALADI
FED.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına əsasən, POS-terminal ən azı Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən emissiya edilmiş beynəlxalq və lokal ödəniş kartlarının qəbulu, o cümlədən təmassız ödənişlərin aparılması imkanına malik olmalıdır.
Bundan başqa, POS-terminalda kartlar vasitəsilə PİN kodun daxil edilməsi, tələb olunan əməliyyatların aparılması üçün nəzərdə tutulmuş klaviatura olmalı və POS-terminalın texniki parametrləri bank ekvayer və ya xidmət mərkəzi tərəfindən dəstəklənməlidir.