Gələn ildən etibarən vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisiylə bağlı güzəştlərin müddəti başa çatır.
TƏCİLİ: Maaşdan tutulacaq verginin dərəcələri açıqlandı - YENİ RƏQƏMLƏR, HESABLAMA
FED.az xəbər verir ki, artıq 2026-cı ilin yanvarın birindən etibarən fiziki şəxslərlə bağlı əməkhaqqlarından yeni vergilərin tətbiq edilməsi həyata keçiriləcək.
Belə ki təqdim olunan layihəyə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlarda 3 faiz gəlir verigsi nəzərdə tutulub.
Əgər əməkhaqqı 2500 manatdan çoxdursa, 8000 manatdan azdırsa, o zaman bu rəqəm 10 faiz, əgər 8000 manatdan çoxdursa, o halda 14 faiz tətbiq olunacaq.
Millət vəkili Vüqar Bayramov bildirir ki, növbəti illərdə mərhələli şəkildə faizin miqdarı artacaq. 2027-ci ildə bu rəqəm beş faiz, 2028-ci ildə isə 7 faiz olacaq.
Derputat onu da bildirdi ki, bunu kompensasiya etmək, yəni tutulan verginin işçinin əməkhaqqına təsir edib -etməməsi şirkət rəhəbriliyinin verəcəyi qərardır.












