"Çınqıl İnşaat" MMC-nin külli miqdarda ödənilməmiş vergi borcu var.
FED.az xəbər verir ki, şirkətin vergi borcu hazırda nə az, nə çox - 1 milyon 464 min 657,98 manatdır.
Bildirək ki, "Çınqıl İnşaat" MMC 25 avqust 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. MMC-nin qanuni təmsilçisi Qalib Mehrəliyev Teyyub oğludur.
Hüquqi ünvanı AZ1142, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, QAÇAQ NƏBİ, ev.10, m.69-dır.