Karantin qaydalarını pozuntusuna yol verən sahibkarlıq subyektlərinə 632 700 manat məbləğində inzibati cərimə tətbiq edilib.
Eləcə də bax: Sahibkarlar və şirkətlər üçün - YENİ CƏRİMƏ GƏLİR – 100 MANAT
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətindən verilən məlumata görə, ticarət obyektlərini əhatə edən növbəti monitorinqlər zamanı satıcıların və istehlakçıların qoruyucu maskalardan istifadəsi və sosial ara məsafəsinin gözlənilməsi halları yoxlanılıb. Vergi orqanı əməkdaşları tərəfindən 17 774 təsərrüfat subyektində aparılmış müşahidələr nəticəsində 2 261 pozuntu halı müəyyən edilib ki, bunların da 626-sı vətəndaşların tibbi maskasız təsərrüfat subyektlərinə daxil olması, 1 635-i isə işçi heyətinin tibbi maskadan istifadə etməməsi ilə əlaqədar olub.
Qeyd edək ki, bu ilin oktyabr ayının 25-dən başlayaraq Dövlət Vergi Xidməti tərəfindən sahibkarlıq subyektlərində sanitariya-gigiyena və karantin rejiminin tələblərinə əməl edilməsi məqsədilə intensiv şəkildə monitorinqlər aparılır.