Ötən il Azərbaycanda müxtəlif xidmətlər üzrə əhaliyə qaytarılan ƏDV-nin məbləği açıqlanıb.
Gözəllik salonları və kosmetoloji mərkəzlərdə ödənişlər üzrə də ƏDV qaytarılacaq
Dövlət Vergi Xidmətindən FED.az biznes və maliyyə xəbərləri portalına verilən məlumata görə, 2025-ci il ərzində ölkə ərazisində ƏDV-nin geri qaytarılması - pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində ödənişlərə aid olub.
Eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar tərəfindən gecələmə və qalma xidmətlərinə görə də ƏDV qaytarılır.
Bütün bunlar üzrə ötən il ödənilmiş ƏDV-nin 191 milyon 98.9 min manatı əhaliyə qaytarılıb.
Bunjan başqa, Dövlət Vergi Xidməti məlumat verir ki, 2025-ci ildə xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 10 milyon 533,3 min manat təşkil edib.









