Ticarət sferasında dövriyyələrin leqallaşmasında yeni nəsil onlayn kassa aparatlarının tətbiqi mühüm rol oynayır. Bu sahədə də rəqabətli fəaliyyət təmin edilib.
Eləcə də bax: Azərbaycanda bu malların istehsalı - ƏDV-DƏN AZAD EDİLİR
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, bu ilin 9 ayında onlayn kassalar üzrə dövriyyələrin həcmi 2 dəfəyədək artıb. “ƏDV geri al” layihəsi çərçivəsində indiyədək fiziki şəxs olan istehlakçılara 120 milyon manata yaxın vəsait qaytarılıb və bu xidmətdən 1,6 milyon manata yaxın insan faydalanır.