Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (www.ntaxes.gov.az) rəsmi internet səhifəsi istifadəyə verilib.
FED.az xəbər verir ki, Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mühəndis-proqramçıları tərəfindən hazırlanan yeni sayt dizaynla yanaşı, məzmun cəhətdən də təkmilləşdirilib, fərqli struktura və müasir tələblərə uyğun tərtib edilərək bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib.
Yeni səhifədə Asan imza sertifikatının onlayn əldə olunması, elektron xidmətlər portalı, bir pəncərə, onlayn müraciət və əlaqə bölmələri, o cümlədən Xidmətin müxtəlif fəaliyyət istiqamətləri barədə press-relizlər, operativ məlumatlar və digər faydalı məlumatlar yerləşdirilib.
Bunlarla yanaşı, Nazirliyin mühəndis-proqamçıları tərəfindən yeni internet saytının optimizasiyası, axtarış sistemlərinə uyğunlaşdırılması, qeydiyyatdan keçirilməsi və ön sıralarda tapılması üçün zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də domenə bağlı e-poçt adresi ilə təmin olunub.