İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin struktur vahidində olan Vergi auditi Baş İdarəsinin yeni rəis müavini təyin edilib.
Eləcə də bax: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində - Yeni Təyinat
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mirzə Mirzəyev Vergi auditi Baş İdarəsinin rəis müavini təyin edilib.
O, 2018-ci ilin noyabrında Vergilər Nazirliyinin adıçəkilən idarəsinə müfəttiş kimi gəlib, 2020-ci ilin yanvarında adıçəkilən idarənin strukturunda olan şöbədə müdir kimi çalışıb.
M.Mirzəyev 2017-ci ilin yanvarından 2018-ci ilin avqustuna qədər Təhsil Nazirliyində Daxili auditin rəhbəri kimi çalışıb.
O, Bakı Dövlət Universitetində İqtisadi kibernetika üzrə bakalavr, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.