2021-ci ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 833,16 milyon manat vergi daxil olub, proqnoza 123,7 faiz əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 13,4 faiz və ya 690,1 milyon manat artıb.
Dövlət Vergi Xidməti 9 milyonluq tenderə - YEKUN VURDU
FED.az xəbər verir ki, Cari ilin 8 ayında qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 264,0 milyon manat olub, proqnoza 117,7 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 639,9 milyon manat daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 11 faiz və ya 421,8 milyon manat artıb.
Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz artaraq 3 milyard 264,0 milyon manat təşkil edib. Regionlar üzrə daxilolmalar 623,8 milyon manat olmaqla, proqnoz 117,2 faiz icra edilib, ötən illə müqayisədə bu mənbədən daxilolmalar 5,2 faiz artıb.
Ödənilən vergilərin 73,1 faizi qeyri-neft-qaz sektorunun, 26,9 faizi neft-qaz sektorunun payına düşüb.