Dövlət Vergi Xidməti (VÖEN: 1300204521) proqram təminatının satınalınması və təkmilləşdirilməsi (AKTUM) ilə bağlı tenderi yekunlaşdırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Datacore” MMC (VÖEN: 2009582061) olub. Tərəflər arasında 1 milyon 59 min 888 manatlıq satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, “Datacore” MMC 2025-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Alena Paddubaskaydır. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev.26 hüquqi ünvanında yerləşir.













