Bu ilin avqustun 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
«Hər 10 manatı olan MMC yaradır - 5-10 MİN MANATLIQ HƏDD OLMALIDIR»
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32 min 934 olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artım deməkdir.
2023-cü ilin iyul ayı ərzində fəaliyyəti aktivləşdirilmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2022-ci ilin iyul ayı ilə müqayisədə 34,3 faiz, fəaliyyəti aktivləşdirilmiş ƏDV ödəyicilərinin sayı isə 0,7 faiz artıb.