Bu il sentyabrın 1-nə respublika üzrə uçotda olan 1 milyon 379 min 592 vergi ödəyicisinin 87,5 %-i fiziki şəxs, 12,5 %-i hüquqi şəxs və digər təşkilatlar olub.
Eləcə də bax: Bu il toplanan vergilərin məbləği 70%-ə yaxın artdı - MİKAYIL CABBAROV AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 88 027 (6,8 %), o cümlədən fiziki şəxslərin sayı 73 616 (6,5 % və ya ümumi artımın 83,6 %-i), hüquqi şəxslərin sayı isə 14 411 vahid (9,2 % və ya ümumi artımın 16,4 %-i) artıb. Kommersiya qurumlarının sayı 10 % artaraq 155 735 vahid təşkil edib. (Report)