2023-cü ildə Azərbaycanda vergi orqanları 14,6 min obyektdə vergi nəzarəti tədbirləri həyata keçirib.
Azərbaycanda ötən il vergi borcunu ödəməyən 10 nəfər - HƏBS OLUNUB
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bu obyektlərin 12,3 minində və yaxud 84 %-də qanun pozuntusu faktları aşkar olunub. Nəzarət tədbirlərinin nəticələrinə görə 16,5 min akt, o cümlədən qanun pozuntusunun aşkarlanmasına dair 13,7 min, pozuntu faktının olmamasına dair isə 2,8 min akt tərtib edilib, qanunveruiciliyin tələblərinə əməl etməyən vergi ödəyicilərinə ümumilikdə 46,9 milyon manat maliyyə sanksiyası və 28 min manat inzibati cərimə tətbiq edilib.