Company
Marketinq mütəxəssisi
Son tarix 13 noy 2026 - [email protected]
Vəzifə öhdəlikləri
- Şirkətin ümumi biznes strategiyasına uyğun marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi;
- İllik və rüblük marketinq planlarının hazırlanması, prioritetlərin müəyyənləşdirilməsi və icrasına nəzarət;
- Brendin bazarda mövqeləndirilməsi, tanınmasının və rəqabət üstünlüklərinin gücləndirilməsi;
- Rəqəmsal və ənənəvi marketinq kanallarının effektiv idarə olunması;
- Reklam kampaniyalarının planlaşdırılması, icrası və nəticələrinin təhlili;
- Bazarın, rəqiblərin və müştəri davranışlarının araşdırılması, əldə olunan nəticələr əsasında təkliflərin hazırlanması;
- Marketinq göstəricilərinin (KPI) müəyyənləşdirilməsi və nəticələrin mütəmadi monitorinqi;
- Potensial müştərilərin cəlbi (lead generation), müştəri bazasının genişləndirilməsi və satış komandası ilə əməkdaşlığın inkişaf etdirilməsi;
- Marketinq komandasının fəaliyyətinin təşkili, illik və rüblük planların konkret tapşırıqlara, icra müddətlərinə və fərdi KPI-lara bölünməsi, tapşırıqların yazılı şəkildə müəyyənləşdirilməsi və icrasına nəzarət;
- Daxili komanda, agentliklər və digər tərəfdaşlar arasında iş bölgüsünün təşkili, nəticəyönümlü və şəffaf iş mühitinin formalaşdırılması;
- Marketinq büdcəsinin planlaşdırılması, xərclərin səmərəli idarə olunması və marketinq fəaliyyətinin maliyyə effektivliyinin qiymətləndirilməsi;
- Rəhbərlik üçün mütəmadi hesabatların, analitik təhlillərin və təqdimatların hazırlanması;
- Marketinq proseslərinin təkmilləşdirilməsi, yeni alət və yanaşmaların tətbiqi, iş səmərəliliyinin artırılması.
Namizədə dair tələblər
- Marketinq, biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Marketinq sahəsində minimum 5 il, rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi;
- Marketinq strategiyalarının hazırlanması, həyata keçirilməsi və nəticələrinin qiymətləndirilməsi üzrə praktiki təcrübə;
- Brendin mövqeləndirilməsi, bazar araşdırmaları və rəqabət mühitinin təhlili üzrə bilik və təcrübə;
- Rəqəmsal marketinq alətləri, reklam kampaniyalarının idarə edilməsi və performans göstəricilərinin təhlili üzrə praktiki təcrübə;
- Google Analytics, Google Ads, Meta Ads və digər müvafiq rəqəmsal platformalarla işləmək bacarığı;
- Marketinq büdcəsinin planlaşdırılması, xərclərin optimallaşdırılması və nəticələrin ölçülməsi üzrə təcrübə;
- Satış və biznesin inkişafı istiqamətləri ilə əməkdaşlıq, müştəri cəlbi və kommersiya nəticələrinin yaxşılaşdırılması bacarığı;
- Layihələrin planlaşdırılması, iş proseslərinin koordinasiyası və prioritetlərin düzgün müəyyənləşdirilməsi bacarığı;
- Analitik düşüncə, strateji yanaşma və nəticəyönümlülük;
- Liderlik, qərarvermə, təşəbbüskarlıq və komanda idarəetməsi bacarığı;
- Güclü kommunikasiya, təqdimat və hesabat hazırlamaq bacarıqları;
- MS Office proqramlarından, xüsusilə Excel və PowerPoint-dən yaxşı istifadə bacarığı;
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı, ingilis dili üzrə minimum B2 səviyyəsi.
İş şəraiti
- İş yeri: Bakı şəhərinin mərkəzi
- Əməkhaqqı: 3000 - 4000 AZN
- İş rejimi: Tam iş günü, həftədə 5 gün; istirahət şənbə-bazar
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














