Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə 26 milyon manatdan artıq ƏDV geri qaytarılıb.
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
ölkədə nağdsız qaydada ev və obyekt alanlar üçün ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması üzrə “ƏDV geri al” layihəsi davam etdirilir.
Təkcə bu ilin yanvar-sentyabr ayları ərzində belə alışları olan şəxslərə alqı-satqı zamanı ödənilmiş ƏDV-nin 26 milyon 453,1 min manatı qaytarılıb.













