Vergi Məcəlləsinə 2023-cü ildən gözlənilən dəyişikliklər açıqlanıb.
Eləcə də bax: Vergi Məcəlləsinə dəyişikliklər açıqlandı – TAM MƏTN
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu dəyişiklikdən biri də, 2023-cü ilin 1 oktyabr tarixindən başlayaraq Facebook (instagram və digər sosial şəbəkələrdə daxildir) Azərbaycan ərazisində reklam xidməti göstərəcəksə, yəni yerli şirkətdən və ya vətəndaşdan reklam üçün vəsait qəbul edəcəksə vergi orqanında elektron qeydiyyata alınmasıdır.
Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliklər sabah Milli Məclisdə müzakirəyə çıxarılacaq.