ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukrayna müharibəsində güzəştə getməyə məcbur etmək üçün neftin qiymətini bir qədər də ucuzlaşdıracağı ilə hədələyib.
FED.az-ın məlumatına görə, Tramp CNBC telekanalına müsahibəsində bəyan edib ki, neftin qiymətinin daha 10 dollar ucuzlaşması Rusiyanı Ukrayna məsələsində həll yolu tapmağa vadar edəcək.
ABŞ prezidenti Rusiyadan neft almaqda davam edən Hindistanı da cəzalandıracağını və Hindistan malarına gömrük tariflərini bir qədər də artıracağını elan edib.
Tramp bildirib kİ, neftin daha 10 dollar ucuzlaşmasından sonra Rusiya Ukraynada hərbi əməliyyatları dayandırmalı olacaq: «Neft daha 10 dollar ucuzlaşsa, Putinin seçimi qalmayacaq, ölkə iqtisadiyytı onsuz da ağır vəziyyətdədir».
Hindistanın Rusiyadan neft alacağını davam etdirəcəyi barədə bəyanatı ABŞ prezidentini hiddənləndirib. O bildirib ki, artım ciddi olacaq: «Biz 25%-də dayanmışdıq, amma mən qarşıdakı 24 saat ərzində bu rəqəmi xeyli artıracam».
Yeri gəlmişkən, Hindistanın Xarici İşlər Nazirliyi Trampın rus nefti barədə tələbini «əsassız və ədalətsiz» hesab edir. Nazirlik bildirib ki, Hindistan hökuməti milli maraqları qorumaq üçün bütün lazımi tədbirləri görücəklər.