Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Daxili nəzarət şöbəsinə Aparıcı məsləhətçi
Son tarix 21 okt 2023 [email protected]
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsili – Hüquqşünas üzrə
- Sahə üzrə ən azı 2 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office – sərbəst
- Dil bilikləri: İngilis dili – yaxşı
- Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Komanda ilə koordinasiyalı işləmə bacarığı
- Məsuliyyətlilik
- Nəticəyönümlülük
- Verilən tapşırıqların son icra tarixinə həssaslıq
- Yüksək təhlil etmə bacarığı
İşin təsviri:
- TƏBİB-in struktur bölmələrində müvafiq fəaliyyət sahələri üzrə daxili nəzarət prosedurlarının həyata keçirilməsi;
- Görüləcək işlərlə bağlı planların tərtib edilməsində iştirak;
- TƏBİB-in struktur bölmələrinin fəaliyyətinin əsasnamə, daxili qayda və vəzifə təlimatları tələblərinə uyğunluğunu və yayınmalarının qiymətləndirilməsində iştirak;
- TƏBİB-in struktur bölmələrinin, həmçinin, tabeliyində olan tibb müəssisələrinin əməkdaşlarının törətdiyi hüquqpozmalarını, onların əmək, icra intizamını və qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərini pozması, funksiyalarına uyğun olmayan fəaliyyətlə məşğul olması hallarının araşdırılması və hüquqpozmalara yol vermiş əməkdaşlar barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı təkliflərin verilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı hesabatlarırın və görülmüş işlərin reyestrinin hazırlanması;
- Yoxlamaların həyata keçirilməsi zamanı daxili nəzarət rəylərinin sənədləşdirilməsinin təmin edilməsi;
- Aparılmış daxili nəzarət tədbirlərinin nəticələri üzrə cinayət tərkibinin əlamətləri müəyyən edildiyi halda məsələyə hüquqi qiymət verilməsi və sözügedən halların öz təsdiqini tapması halında iş üzrə materialların hüquq-mühafizə orqanlarına göndərilməsi üçün rəhbərlik qarşısında məsələ qaldırması;
- Daxil olan məktub və ərizələrin araşdırılması və müvafiq cavabların hazırlanması;
- TƏBİB və tabeliyində olan struktur bölmələrdə daxili nəzarətin həyata keçirilməsi;
- TƏBİB-in mövcud siyasət və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirinin dəyərləndirilməsi, pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
- TƏBİB-in fəaliyyətinin daxili qayda və siyasətlərinin tələblərinə uyğunluğunu və yayınmaların qiymətləndirilməsi;
- Baş verən daxili qayda və siyasətlərin pozuntularının aradan qaldırılması üçün təkliflərin verilməsi;
- Nöqsanların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 20.10.2023
- CV-lər göndərilməlidir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Daxili nəzarət şöbəsi-aparıcı məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
İnsan resursları şöbəsinin müdiri
Son tarix 26 okt 2023 [email protected]
Mövcud iş yerləri:
- Respublika Neyrocərrahiyyə Xəstəxanası
- Siyəzən Müalicə Diaqnostika Mərkəzi
- Şəmkir Rayon Mərkəzi Xəstəxanası
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (Humanitar və sosial, iqtisadiyyat və idarəetmə)
- Müvafiq sahə üzrə 5 il təcrübə
- Kompüter bilikləri: Microsoft office (sərbəst səviyyədə)
- Qanunvericilik üzrə biliklər:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi
- “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı
- “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı
- İşçilərin ezamiyyə Qaydaları
- Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə
- “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli Qərarı
- Bütün sahələr üçün Vahid Tarif-İxtisas Sorğu Kitabçaları haqqında məlumat
- Korrupsiyaya qarşı mübarizə haqqında qanun
- Vətəndaş müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu
- “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu
- Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında qərar
- Şəxsi keyfiyyətə dair tələblər:
- Güclü ünsiyyət qurma bacarığı;
- Təhlil etmə və təşkilatçılıq bacarığı;
- Komandada işləmə bacarığı;
- Məsuliyyətlilik;
- İntizamlılıq;
- Dəqiqlik;
- İdarəetmə bacarığı
- Nəticəyönümlülük
İşin təsviri:
- Şöbənin fəaliyyətinə dair qayda və prosedurların hazırlanması və ona nəzarət;
- İşçilər tərəfindən nizam-intizam qaydalarına riayət edilməsinə nəzarət;
- Şöbənin, eyni zamanda tibb müəssisəsində çalışan işçilər barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi üçün rəhbərliyə müvafiq təkliflərin verilməsi;
- İşçilərin işə qəbulu, yerdəyişməsi, işdən azad olunması və əmək qanunvericilində nəzərdə tutulmuş digər hüquq və vəzifələr ilə bağlı bütün işlərin vaxtında rəsmiləşdirilməsini həyata keçirilməsinin təmin edilməsi;
- Elektron hökümət portalına (ƏMAS) aidiyyatı məlumatların daxil edilməsinin təmin edilməsi;
- İşçilərin şəxsi işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada qeydiyyatını həyata keçirir, saxlanmasını və onlarda olan məlumatların yayılmamasının təmin edilməsi;
- İnsan resursları üzrə elektron məlumat bazasının formalaşdırılmasını, yenilənməsini və şöbənin funksiyalarına aid hissəsinin idarə edilməsinin təmin edilməsi;
- Əmək haqqı, bonus, mükafat, maddi yardım, ezamiyyə, məzuniyyət və işçi heyətinə ödənilən digər ödənişlər üzrə müvafiq sənədləri hazırlayaraq Maliyyə departamentinə təqdim edilməsinin təmin edilməsi;
- Təsdiq olunmuş korporativ davranış qaydalarına işçilər tərəfindən riayət olunmasına nəzarət;
- Müəssisədə çalışan əməkdaşların vəzifə təlimatlarının işlənib hazırlanmasında iştirak edir və yeni qəbul olunan işcilərin vəzifə təlimatları ilə tanış olmalarının təmin ediməsi;
- Tibb müəssisəsində və bölmələrində əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sanitar-gigiyenik tələblər və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarətin təşkil edilməsi;
- Peşə və ya vəzifəyə uyğun olaraq təlimatların hazırlanmasına, təşkilinə, biliklərin yoxlanılmasına nəzarətin edilməsi;
- Baş vermiş bədbəxt hadisələrin təhlili və uçota alınması, iş yerlərinin əməyin mühafizəsi üzrə attestasiyası, texniki (elektrik enerjisi, qazanxana, oksigen təchizat stansiyası) sahə üzrə görülən işlərə nəzarətin edilməsi;
- Əməyin mühafizəsi üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə risklərlə bağlı tövsiyələrin verilməsi;
Əlavə qeydlər:
Respublika Neyrocərrahiyyə Xəstəxanası və Şəmkir Rayon Mərkəzi Xəstəxanası üzrə:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Siyəzən Müalicə Diaqnostika Mərkəzi üzrə:
- İş qrafiki: Bazar ertəsi – Şənbə, 6 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 17:00, Şənbə günü: 09:00-15:00
Əmək haqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 28.10.2023
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Şəmkir RMX-İnsan resursları şöbəsinin müdiri” və çalışmaq istədiyi müəssisəni qeyd edərək göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
Sığorta işinin təşkili şöbəsinə Böyük məsləhətçi
Son tarix 20 okt 2023 [email protected]
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı: Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali tibb təhsili
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə)
- Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Məsuliyyətli
- İntizamlı
- Gərgin iş rejimində çalışma bacarığı
İşin təsviri:
- Tibb müəssisələrində sığortaolunanlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən xidmətlər üzrə tibbi iddiaların formalaşması, iddiaların tam, dolğun və zamanında mövcud elektron vahid informasiya sisteminə (e-tabib sisteminə) daxil edilməsi üzrə standartlaşdırılmış vahid təlimatın hazırlanmasını təmin etmək;
- Şöbənin fəaliyyət istiqamətinə uyğun olaraq TƏBİB tərəfindən verilən əmr, sərəncamların tibb müəssisələrində icrasına nəzarəti təmin etmək;
- Tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxsləri ilə mütəmadi görüşlər keçirmək və ehtiyac olduğu təqdirdə onlara fəaliyyət istiqamətinə uyğun təlimatlandırmaq və ya aidiyyəti üzrə təlimlərin təşkil edilməsi üçün müraciət etmək;
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibbi-iqtisadi ekspertizanın aparılması qaydaları, tələb olunan ilkin tibbi sənədlərə dair tələblər barəsində tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxslərini məlumatlandırmaq;
- Tibbi-iqtisadi ekspertizanın nəticələri əsasında tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxslərindən çıxarış səbəblərinin araşdırılmasını və növbəti hesabatlarda həmin nöqsanların aradan qaldırılmasını tələb etmək;
- Tibb müəssisələri tərəfindən sığortaolunanlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə e-tabib sistemində tətbiq ediləcək texniki tapşırıqların hazırlanmasını təmin etmək, e-tabib sistemində proseslərin optimallaşdırılması üçün təkliflər vermək;
- Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılmasını və cavablandırılmasını təmin etmək;
- Fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək, bilik və bacarıqların yaxşılaşdırılması məqsədilə xarici ölkələrin müvafiq strukturları ilə təcrübə mübadiləsi aparmaq və müvafiq təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- • Vakansiyaya son müraciət tarixi: 19.10.2023
- • CV-lər göndərilməlidir;
- • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sığorta işinin təşkili şöbəsi-böyük məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
Davamlı tibbi təhsil şöbəsinə aparıcı məsləhətçi
Son tarix 26 okt 2023 [email protected]
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı:Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali tibbi təhsil
- Sahə üzrə minimum 2 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office – sərbəst
- Dil bilikləri: İngilis dili və rus dili – sərbəst
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Dürüstlük
- Məsuliyyətlilik
- İntizamlılıq
- Yüksək kommunikasiya bacarığı
İşin təsviri:
- Tədris-metodiki və hüquqi sənədlərin hazırlanması;
- Tibb müəssisələrində çalışan əməkdaşlarla əlaqə saxlanılması, onların təlim vasitələrinin işlənib hazırlanması üzrə cəlb edilməsi, hazırlanmış təlim vasitələrinin müzakirəsini, rəy verilməsini və çapa hazırlanmasının təşkil edilməsi, qabaqcıl təcrübənin öyrənilməsi;
- Təlimlərin keyfiyyətinin müntəzəm olaraq yoxlanılması, təhlil edilməsi və keyfiyyətin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması;
- Şöbənin icraatında olan məktubların cavablandırılması;
- Təlim Mərkəzlərinin təchizat bazasının siyahısının formalaşdırılması;
- Davamlı tibbi təhsil tədbirlərinin keçirilməsi üçün sənədlərin hazırlanması;
- Davamlı tibbi təhsil tədbirlərinin təşkili proseslərinin hesabatlılığına nəzarətin edilməsi;
- Yerli, beynəlxalq qurum və təşkilatlarla görüşlərin təşkili;
- Mütəmadi təşkil edilən iclas və tədbirlərin hesabatlılığın təmin edilməsi, protokolların hazırlanması;
- Keçirilmiş tədbirlərin KİV vasitəsilə işıqlandırılmasında texniki dəstəyin göstərilməsi.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 15 gün
- CV-lər göndərilməlidir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Davamlı tibbi təhsil şöbəsi-aparıcı məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
Tibbi tariflər şöbəsinə baş məsləhətçi
Son tarix 20 okt 2023 [email protected]
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı: Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (riyaziyyat, tibb)
- Sahə üzrə ən azı 4 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə)
- Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Komandada işləmə bacarığı
- Məsuliyyətli
- İntizamlı
- Gərgin iş rejimində çalışma bacarığı
İşin təsviri:
- TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri tərəfindən icbarı tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmayan və əhaliyə ödənişli əsaslarla göstəriləcək tibbi xidmətlərin siyahısının hazırlanması, tibbi xidmətlərin tariflərinin müəyyən edilməsi;
- Əhaliyə ödənişli əsaslarla göstəriləcək xidmətlərin siyahısının təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
- İcbari tibbi sığorta təminatı çərçivəsində Xidmətlər Zərfinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
- TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri tərəfindən ödənişli tibbi xidmətlərin göstərilməsinə dair texniki qaydaların hazırlanmasının təmin edilməsi, xəstəxana idarəetmə sisteminə tətbiq edilməsinə dair təkliflərin verilməsi;
- Ödənişli tibbi xidmətlərin siyahısını təkmilləşdirmək məqsədilə TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrindən rəylərin alınmasının təmin edilməsi;
- TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərin siyahısının genişləndirilməsini, özəl tibb müəssisələri ilə rəqabətli əsaslarla fəaliyyət göstərilməsini təmin etmək məqsədilə mütəmadi olaraq bazarda olan tibbi xidmətlərin araşdırılması, bununla əlaqədar təkliflərin verilməsi;
- Beynəlxalq təcrübəni öyrənilməsi və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflərin verilməsi;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə məsul olduğu məsələlərə dair hər cari təqvim ili üzrə tədbirlər planının hazırlanması, təşkili, icrasına nəzarətin həyata keçirilməsi;
- Şöbənin fəaliyyəti ilə bağlı hesabatların (aylıq, rüblük, illik) nəzərdə tutulmuş qaydada dövrlər üzrə hazırlanması.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 19.10.2023
- CV-lər göndərilməlidir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Tibbi tariflər şöbəsi-baş məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
Monitorinq şöbəsinə aparıcı məsləhətçi
Son tarix 23 okt 2023 [email protected]
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı:Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (İqtisadiyyat, mühasibat uçotu və ya maliyyə-kredit sahəsində)
- Maliyyə sahəsi üzrə ən azı 3 il təcrübə (dövlət tibb müəssisəsində arzuolunandır)
- Kompüter bilikləri: Microsoft Office – sərbəst
- Qanunvericilik üzrə biliklər: Vergi, Mülki və Əmək Məcəlləsi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklərin olması
- Peşəkar mühasib sertifikatının olması arzuolunandır
- Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
- Komanda da işləmə bacarığı
- Məsuliyyətlilik
- Dəqiqlik
- İntizamlılıq
- Nəticəyönümlülük
İşin təsviri:
- Tibb müəssisəsində büdcə ödənişlərinin icrasının monitorinqinin aparılması;
- Tibb müəssisəsində həyata keçirilən maliyyə, təsərrüfat, satınalma əməliyyatlarının monitorinqinin aparılması;
- Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə dair monitorinqinin aparılması;
- Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinin monitorinqinin aparılması;
- Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə yoxlamaların aparılması;
- Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların düzgün təqdim edilməsinə nəzarət;
- Fəaliyyət çərçivəsində intensiv ezamiyyə səfərlərinin həyata keçirilməsi.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 22.10.2023
- CV-lər göndərilməlidir;
- Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Monitorinq şöbəsi-aparıcı məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur