Ricon MMC
Sahə rəisi (Şuşa rayonu-bina tikintisi)
Son tarix 19 okt 2023 - [email protected]
Vəzifə funksiyaları üzrə gözləntilərimiz:
- Layihənin İcra Planına uyğun olaraq, öhdəliyə götürülmüş Tikinti-İnşaat işlərini vaxtında, öncədən müəyyən edilmiş Texniki, Keyfiyyət və SƏTƏM standartlarına uyğun olmaqla və razılaşdırılmış maliyyə standartları və büdcə tərtibatı çərçivəsində həyata keçirmək;
- Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən etmək və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadə etmək;
- Layihənin idarə edilməsi zamanı müxtəlif qruplar üzrə görüləcək işləri və məsələləri müəyyən etmək, layihə üzrə ayrı-ayrı komandaların müştərək fəaliyyətinə rəhbərlik etmək;
- Layihə üzrə yerli qanunvericilik tələblərini müəyyən etmək və onların icrasını təmin etmək;
- Layihənin həyata keçirildiyi ərazilərə mütəmadi baxış keçirilməsi, işlərin gedişinin monitorinqi, keyfiyyət və əməyin mühafizəsi tələblərinin ciddi şəkildə yoxlanılması və saxlanılmasının təmin edilməsi;
- İşin prioritetlərinin müəyyən edilməsi, təyin edilmiş layihə üzrə işlərin ümumi proqramının işlənib hazırlanması və tələb olunan resurslarla təmin edilməsinin həyata keçirilməsi;
- Layihə planında hər hansı problem və ya dəyişikliklə bağlı düzəldici tədbirlərin görülməsini və ya bu haqda göstəriş verilməsini həyata keçirmək;
- Layihə üzrə Biznes Risklərin, həmçinin layihənin gündəlik olaraq meydana çıxan çətinliklərinin müəyyən edilməsi və onların aradan qaldırılması üçün tədbirlər planlarının işlənib hazırlanması və həyata keçirilməsi;
- Layihədə iştirak edən subpodratçılarla effektiv əlaqənin saxlanması, onların işinin istiqamətləndirilməsi və müvafiq nəzarətin həyata keçirilməsi;
- Layihənin bütün funksional şöbələri arasında vahid işbirliyinin yaradılması, şirkətin Beynəlxalq Standartlara əsaslanan idarəetmə sisteminin layihə çərçivəsində davamlı surətdə saxlanılması və inkişaf etdirilməsi;
- Layihə üzrə davamlı hesabatlılığın həyata keçirilməsi, layihə mərhələləri və müddəti üzrə inkişafa dair, həmçinin növbəti həftə üzrə qərarlar və planlar barədə ardıcıl olaraq həftəlik hesabatların təqdim edilməsi;
- Layihə üzrə məlumatların optimal surətdə paylaşılmasını təmin etmək, Layihə sənədləşməsinin layihə tələblərinə və şirkətin daxili prosedurlarına uyğun olaraq aparılmasını təmin etmək, onların müvafiq surətdə saxlanılmasına və istifadəsinə nəzarət etmək;
- Texniki çətinliklər daxil olmaqla, mürəkkəb məsələlərin həllinə dair təkliflər irəli sürmək və onları həyata keçirmək;
- Layihə müddəti və büdcəsi daxilində işlərin keyfiyyətli və səmərəli həyata keçirilməsi və sona çatdırılmasına dair məsuliyyət daşımaq;
- Layihəyə cəlb olunmuş İnsan Resursları, Texniki resurslar, sənədləşmələr haqqında mütəmadi statistic məlumatların toplanılması, işlənilməsi,təhlil edilməsi və aylıq olaraq təhvil verilməsi;
- Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, o funksiyaların tam həcmdə, lazımi keyfiyyətdə və zamanında yerinə yetirilməsinə nəzarət etmək və onları qiymətləndirmək;
- Əməkdaşların əmək funksiyalarını tam həcmdə, lazımi keyfiyyətdə və zamanında yerinə yetirilməsi üçün zəruri şəraitin yaradılması və/və ya bu barədə baş ofisə sorğu verməli;
- İşçilərin iş qrafiklərinə nəzarət.
Kvalifikasiyaya olan tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 10 illik iş təcrübəsi;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- İnşaat norma və qaydalarını bilməlidir;
- Layihələşdirmənin metodlarını bilməlidir;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməlidir;
- Kollektivi idarəetmə vərdişləri, işgüzar ünsiyyətin və danışıqların aparılmasının üsul və metodları, daxili əmək intizamı qaydaları üzrə biliklər;
- Liderlik qabiliyyətləri, yüksək analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti,
- Yüksək təşkilatçılıq bacarığı;
- Problemləri həll etmək bacarığına malik olmaq;
- Təşkilat və onun missiyasına yüksək sadiqlik;
- Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
- Vəzifəsi üzrə Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğından mühafizənin norma və qaydaları, ətraf mühitinin mühafizəsi qaydalarını bilməlidir;
İş şəraitimiz:
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək;
- İş qrafiki 6 günlük;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti;
- Şirkətin digər benefitləri
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına göndərməkləri xahiş olunur.