Company
Resepşionist
Son tarix 19 may 2026 - [email protected]
5 ulduzlu otelə məsuliyyətli, ünsiyyətcil və qonaqlarla peşəkar davranmağı bacaran Resepşionist axtarılır.
Vəzifə öhdəlikləri:
- Qonaqların qarşılanması, qeydiyyata alınması və yola salınması;
- Telefon zənglərinin və müraciətlərin cavablandırılması;
- Rezervasiyaların qəbul edilməsi və idarə olunması;
- Qonaqlara otel xidmətləri barədə məlumat verilməsi;
- Ödənişlərin qəbul edilməsi və gündəlik hesabatların hazırlanması;
- Otel daxili xidmətlərlə koordinasiyanın təmin edilməsi.
Namizədə tələblər:
- Azərbaycan və rus dillərini əla səviyyədə bilmək;
- İngilis dilini yaxşı səviyyədə bilmək;
- Gülərüz, məsuliyyətli və ünsiyyətcil olmaq;
- Kompüter və ofis proqramları ilə işləmə bacarığı;
- Otel və ya xidmət sahəsində iş təcrübəsi ;
- Növbəli iş qrafikinə uyğunlaşmaq bacarığı.
İş şəraiti:
- İş yeri: İçərişəhər ərazisi;
- İş qrafiki: növbəli;
- Əmək haqqı: 800 AZN + tips;
- Rahat və peşəkar iş mühiti.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Resepşionist” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














