FED.az xəbər verir ki, “Rabitəbank” Keyfiyyətə Nəzarət Departamentinin İlkin Təqib Şöbəsinin Mütəxəssisi vəzifəsi üçün vakansiya elan edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Bankın daxili qaydalarına uyğun olaraq gecikməsi olan istehlak kreditlərinin məsafədən təqib yolu ilə (telefon vasitəsilə) sağlamlaşdırılması prosesinin həyata keçirilməsi;
- Kredit ödənişlərinin gecikmə səbəblərinin müəyyən edilməsi və nəticələrin bank proqramında qeyd edilməsi;
- Şöbənin əsasnaməsindən irəli gələn digər vəzifələrin həyata keçirilməsi.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Ali təhsil (iqtisadi təhsilin olması arzuolunandır);
- İstehlak kreditlərinin məsafədən təqibi və ya istehlak kreditlərinin verilməsi sahələrində ən azı 1 il iş təcrübəsi;
- Vətəndaş qüsursuzluğu;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq;
- Stresə və gərginliyə davamlılıq, problemləri həll etmə bacarığı;
- Komanda tərkibində işləmək bacarığı;
- Ünsiyyətqurma bacarığı, müştərilərlə danışıq zamanı nəzakətlə davranmaq qabiliyyəti, diqqətlilik və dəqiqlik;
MS Office proqramlarında işləyə bilmək bacarığı. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İlkin Təqib – Mütəxəssis” göstərməyiniz xahiş olunur.