FED.az xəbər verir ki, "Rabitəbank" Biznes Bankçılığı Departamentində Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: Beynəlxalq Bank işçilər axtarır - VAKANSİYALAR
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
Mütəmadi olaraq bazar araşdırmaları həyata keçirmək və əldə olunan məlumatlar əsasında Biznes krediti və Biznes QKM-nın və satış metodikasının təkmilləşdirilməsi;
Bankın məhsul və xidmətlərinin satışının hazırki səviyyəsinin və dinamikasının mütəmadi təqib edilməsi, buna təsir edən amillərin, mövcüd olan problemlərin təhlili və tendensiyalarının aşkar edilməsi və həlli üçün təkliflərin irəli sürülməsi;
Biznes krediti və Biznes QKM-ı üzrə planın yerinə yetirilməsinə nəzarət etmək və tədbirlər görmək;
Biznes krediti və Biznes QKM-ı üzrə müştərilərə xidmətin təkmilləşdirilməsi və satış effektivliyin artırılması üçün tədbirlər həyata keçirmək;
Biznes krediti, Biznes QKM-ı və müştəri xidməti üzrə təlimlər təşkil etmək;
Yeni Biznes kredit və Biznes QKM-larının satış sisteminin təkmilləşdirilməsi üzrə işlərin aparılması;
Mövcud məhsul və xidmətlərin effektiv satışına nəzarətin həyata keçirilməsi, habelə effektivliyin artırılması məqsədi ilə kampaniyalar və bonus proqramlarına dair təkliflərin hazırlanması;
Cari Biznes kredit və Biznes QKM-larının portfelinə nəzarət edərək, satışların artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
Yeni məhsul və xidmətlərin satışa çıxarılması, satış kanalları, satış forma və metodları üzrə təkliflərin hazırlanması;
Departament və şöbə rəhbərinin tapşırıqlarına uyğun olaraq müvafiq struktur bölmənin fəaliyyəti ilə bağlı göstərişlərini yerinə yetirmək.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
Ali təhsil (maliyyə və iqtisadiyyat üzrə olması arzuolunandır);
Bank sektorunda ən azı 5 il iş təcrübəsi;
Müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyətinə malik olmaq;
Satış texnikasına dair effektiv bilik və təcrübəyə malik olmaq;
Azərbaycan dilini mükəmməl bilmək (İngilis dilini bilən şəxslərə üstünlük verilir);
MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
Yüksək kommunikasıya və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
İdarəetmə qabiliyyətinə malik olmaq;
Gərgin şəraitdə işləməyi bacarmaq;
Liderlik qabiliyyətinə malik olmaq;
Analitik düşünmə qabiliyyətinə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes Bankçılığı - Menecer” göstərməyiniz xahiş olunur.
ƏLAQƏ VASİTƏLƏRİ:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33