FED.az xəbər verir ki, Beynəlxalq Bank Füzuli, Bərdə, Gəncə, Qazax, Şəmkir, Ağcəbədi regionları üzrə Kassir vakansiyası elan edir.
Eləcə də bax: "AccessBank" işçilər axtarır - VAKANSİYALAR
Vəzifə öhdəlikləri:
Müştəriləri bankdaxili qaydalara uyğun olaraq qarşılamaq və onlara peşəkar xidmət göstərmək;
Mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək, bu əməliyyatları Bankın müvafiq avtomatlaşdırılmış əməliyyat sistemində icra etmək;
Qanunvericiliklə müəyyən edilmiş qaydada yararsız hesab edilən pul əskinaslarını qanunvericiliyə və bankdaxili qaydalara (mövcud olduqda) uyğun qəbul etmək, onları dəyişdirmək;
Müştərilərin sorğu və müraciətlərini daxili prosedur və qaydalara uyğun, operativ şəkildə icra etmək;
Bankın məhsulları və xidmətləri haqqında məlumatlara malik olmaq, vaxtlı-vaxtında belə bilikləri yeniləmək;
Ödəmə terminallarının inkasassiyasını həyata keçirmək.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsill;
İş təcrübəsi tələb edilmir;
Ünsiyyətçilik, vicdanlılıq, təşəbbüskarlıq;
Komandada işləmək bacarığı;
Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
Riyazi hesablama aparmaq qabiliyyəti;
İşdə dəqiqlik və detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti.
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi 29 Fevral 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.Məktubun mövzu hissəsində vəzifə adının “Kassir (müraciət edilən region ) “ şəklində göstərilməsi xahiş edilir.