FED.az xəbər verir ki, "Rabitəbank" Marketinq Departamentində Rəqəmsal Məhsullar üzrə Menecer vakansiyası.
Eləcə də bax: "AzərTürkBank" işçi axtarır - VAKANSİYA
Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.
Vəzifə öhdəlikləri:
- İnternet Bankçılıq, Mobil Bankçılıq və Çat Bot məhsullarının yaradılması, təkmillməşdirilməsi və satışının təmin olunması;
- Məhsulların funksionallığının artırılması istiqamətində işçi qrupunun fəaliyyətində birbaşa iştirak etmək və prosesə nəzarət etmək;
- Məhsullara uyğun testlərin həyata keçirilməsi, nəticələrin təhlili və monitorinqinin aparılması;
- Kartmane məhsulunun Mobil Bankçılıq və İnternet Bankçılığa inteqrasiyasının təmin olunması, nəzarət edilməsi, əlavə və dəyişikliklərin edilməsi;
- Rəqəmsal məhsulların kontent işinin aparılması;
- Marketinq departamentin fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
- Marketinq departamentinin icra etdiyi iş sahəsində bankdaxili normativ sənədlərin layihələrinin hazırlanmasında birbaşa və ya dolayısı ilə iştirak etmək;
- Sahəyə uyğun olaraq iş planının hazırlanması və görülən işlərlə bağlı hesabatların verilməsi;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
Vəzifəyə olan tələblər:
- İqtisadi, biznes və ya maliyyə sahəsində ali təhsilin olması;
- Marketinq və ya məhsul inkişafı sahəsində ən az 2 – illik iş təcrübəsinin olması;
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis;
- Komandada və fərdi işləmək qabiliyyətinin olması;
- Məsuliyyətli, işgüzar və komunnikasiya qabiliyyətinə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Rəqəmsal Məhsullar üzrə Menecer” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33