FED.az xəbər verir ki, "AzərTürkBank" Daxili Nəzarət və Maliyyə Monitorinqi departamentinin Daxili nəzarət şöbəsində baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Yelo Bank" işçi axtarır - VAKANSİYA
Namizədə olan tələblər
- Ali iqtisadi təhsil;
- Bankda daxili nəzarət və ya audit üzrə minimum 2 illik iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan və İngilis dili biliyi, Rus dili biliyi arzuolunandır;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Bank fəaliyyətinə aid qanunları, qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilmək;
- Analitik təhlil qabiliyyəti;
- Gərgin əmək şəraitində işləmək qabiliyyəti;
Vəzifə öhdəlikləri
- Cari fəaliyyət zamanı Bank tərəfindən keçirilən bütün əməliyyatlara gündəlik nəzarətin həyata keçirilməsi;
- Struktur bölmələrdə monitorinq və yoxlamaların aparılması;
- Struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunun, tarif dərəcələrinin düzgün tətbiq edilməsinin yoxlanması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
- Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
- Bankın fəaliyyətində nəzarət mexanizmlərinin tətbiq edilməsi məqsədi ilə müvafiq hesabat formalarının hazırlanması.
CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.