Yeni Samaxi Hotel Company LLC
Təlim və inkişaf üzrə mütəxəssis (Şamaxı şəhəri)
Son tarix 23 okt 2025 - [email protected]
Vəzifə öhdəlikləri
- Otelin və baş ofisin siyasət və prosedurlarına uyğun olaraq təlim və inkişaf strategiyasını icra etmək.
- Əməkdaşların performans qiymətləndirilməsi və rəhbər heyətin tövsiyyələrinə əsaslanaraq təlim ehtiyaclarının analizi aparmaq, əməkdaşların performansını izləmək və inkişaf sahələrini müəyyənləşdirmək.
- Otelin İR ilə rəhbərliyi ilə illik təlim planı və büdcə hazırlanmasında iştirak etmək, icrasına nəzarət etmək.
- Təlim proqramlarını müxtəlif metodlarla həyata keçirmək (mühazirə, video, praktiki məşqlər, e-learning və s.).
- Korporativ təlim materiallarını hazırlamaq və otel heyəti arasında istifadəsini təmin etmək.
- Təlim nəticələrini ölçmək və İnsan resursları menecerinə və baş ofisə aylıq hesabat vermək.
- Regional və qlobal təlim və inkişaf təşəbbüsləri ilə uyğunluq təmin etmək, yeni ideyalar təklif etmək və tətbiqini dəstəkləmək.
- İstedadlı əməkdaşların inkişaf proqramını hazırlamaq və prosesi koordinasiyası təmin etmək
- Müvafiq şöbələrlə əməkdaşlıq edərək xidmət keyfiyyətinin artırılmasına dəstək vermək.
- Təlim proqramlarının bütün inzibati işlərini idarə etmək (cədvəllər, qeydiyyat, vendorlarla iş, büdcə və s.).
- Otel sektorunda təlim və inkişaf trendlərini izləmək və müvafiq yenilikləri tətbiq etmək.
Tələblər:
- Təhsil: Ali ( pedaqoji, psixologiya, sosial iş);
Bilik və Bacarıqlar:
- Təhlil bacarığı
- Texnoloji bacarıqlar
- Layihənin idarə olunması
- Təqdimat bacarıqları, ictimai nitq
- Rəhbərlik və komanda ilə işləmə
- Əməkdaşlıq
- Özünəinam və əzmkarlıq
- Yaradıcılıq qabiliyyəti
- Effektiv ünsiyyət
- Motivasiya
Kompüter bilikləri:
- Sosial media platformaları(tələbə uyğun olaraq);
- Microsoft Office.
- LMS platformaları üzrə təcrübə
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ingilis dili –orta;
Təminatlar,
- Qalmaq üçün yer,
- Gündə 3 dəfə qidalanma,
- Bakı istiqamətində gediş-gəliş,
- Könüllü tibbi sığorta,
- Mobil nömrə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təlim və inkişaf üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməsi xahiş olunur.